Azərbaycanda faktiki hava açıqlandı – QAR YAĞIB

Azərbaycanda faktiki hava açıqlandı – QAR YAĞIB

Hazırda oxunan: Azərbaycanda faktiki hava açıqlandı – QAR YAĞIB

127560

Martın 28-nə olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yayıb.

Sədərəkdə düşən yağıntının miqdarı 12.0 mm, Şərurda 9.0 mm, Gədəbəydə 8.0 mm, Şahbuzda 6.0 mm, Naxçıvan, Culfa, Qrız, Ordubadda 5.0 mm, Şahdağ, Daşkəsəndə 4.0 mm, Qusar, Şəki, Tovuzda 3.0 mm, Qax, Göygöl, Ağstafada 2.0 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Zaqatala, Qobustan, Quba, Xaltan, Sabirabad, Neftçala, Astarada 1.0 mm, Bakıda və Abşeron yarımadasında 0.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm, Qrızda 1 sm olub.

Şimal-qərb küləyi Naftalanda 28 m, Tərtərdə 20 m/s, Bərdədə 19 m/s, Gəncədə 18 m/s, Şabranda 17 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.1 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Şahdağ, Qrız, Şəki, Qax, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu martın 27-də Bakıda iqlim normasından 7.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20°-dək isti, Naxçıvanda 23°-dək isti, dağlıq rayonlarda 12°-dək isti, aran rayonlarında 22°-dək isti olub.
Martın 28-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, 28-i gündüz, 29-da ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO