Bu gündən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Nazirlər Kabinetinin ölkəmizdə xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən müəyyən edilib ki, aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:54 / 28.03.2023
Bu gündən karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı
Hazırda oxunan: Bu gündən karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı
Hazırda oxunan: Bu gündən karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı
127544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.