İtkin düşən 13 yaşlı Sumqayıt sakini axtarılır – FOTO

İtkin düşən 13 yaşlı Sumqayıt sakini axtarılır – FOTO

Hazırda oxunan: İtkin düşən 13 yaşlı Sumqayıt sakini axtarılır – FOTO

127485

Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Ömər Yaqubovun əlamətləri belədir: 

Boyu 155 sm, arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub. 
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO