Yerüstü piyada keçidlərindən niyə İSTİFADƏ ETMİRİK? – Ekspert dövlət qurumlarını TƏNQİD ETDİ

Yerüstü piyada keçidlərindən niyə İSTİFADƏ ETMİRİK? – Ekspert dövlət qurumlarını TƏNQİD ETDİ

Hazırda oxunan: Yerüstü piyada keçidlərindən niyə İSTİFADƏ ETMİRİK? – Ekspert dövlət qurumlarını TƏNQİD ETDİ

127479

Paytaxtda milyonlarla vəsait hesabına başa gələn yerüstü piyada keçidləri gərəksiz və istifadəsiz hala gəlib. Piyadaların əksəriyyəti bu keçidlərə qalxmağa sözün əsl mənasında tənbəllik edirlər. Pilləkanı çox, eskalatoru və lifti işləməyən yerüstü piyada keçidlərindən istifadə yaşlı insanların əsl kabusuna çevrilib. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov Bakı yollarında istər yerüstü, istərsə də yeraltı piyada keçidlərinə ehtiyac olduğunu vurğulayıb:

“Bakı şəhərində piyadaların hərəkəti bir qədər təhlükəlidir. Bu səbəbdən piyadalar üçün müəyyən şərait yaradılmalıdır və keçidlərin salınması labüddür. Hər yolun şəraitinə və infrastrukturuna, piyada, eləcə də avtomobil axınına görə orada keçid optimallaşdırılmalı, gələcəyə görə hesablanmalıdır. Təssüf ki, bu gün piyada keçidləri sadəcə “keçid olsun” deyə salınır. Sonucu da sökülməsi ilə nəticələnir.

Belə olmaması üçün əvvəlcədən planlaşma aparılmalıdır. Təbii ki, yerüstü keçidlər də inşa edilməlidir. Eyni səviyyəli keçid varsa, orada həm yeraltı, həm də yerüstü keçidin olmasının heç bir ziyanı yoxdur. Bu bir alternativdir. Kim istifadə edə bilirsə, o, edəcək. Yaxud yeraltı keçiddən istifadə edə bilməyən eyni səviyyəli keçiddən istifadə edəcək. Yerüstü keçid hər ölkədə var və uğurla tətbiq olunub. Azərbaycanda  uğurla həyata keçmirsə, bu artıq vətəndaşların problemləri deyil”.

Bakı şəhərində şəhərsalma və tikinti sahəsində özbaşınalığın olduğuna diqqət çəkən ekspert ilk növbədə sözügedən xaosun aradan qaldırılması vacibliyinə toxunub:

“Kim harada gəldi tikir və sökür... Elə bu özbaşınalığın səbəbidir ki, istənilən avtomobil yolu da, mərkəzi də daraldılır. Ona görə də nə piyada, nə də avtomobillə hərəkət etmək mümkündür. Yerüstü keçidlərin olması normaldır və alternativdir. Tutaq ki, yol təmir edilirsə, asfalt çəkilirsə və borular basdırılırsa, bu zaman piyadaların köməyinə yerüstü-asma keçid çatacaq.

Yaşlı insanlar və uşaqlar üçün yerüstü keçidi qalxmaq problem olsa da, normal şəxslər üçün belə deyil. Əsas problem piyadaların qadağan olunmuş yerlərdən keçməsidir. Piyada üçün qadağan olunmuş yer orada piyada keçidinin olmamasıdır. Piyadalar hesab edir ki, qanunvericilik onların tərəfindədir. Sürücü nə olursa olsun dayanmalıdır. Avtoban yolda belə sürücü piyadanı vurarsa, o, həbs olunur. Ona görə də bütün bunlar piyada məsuliyyətsizliyini artırır. Əlbəttə ki, piyadalar üçün normal şərait yaradılmalıdır ki, onlardan da nəsə tələb edək”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO