Dilqəmdən məktub:

Dilqəmdən məktub: "Nazlım, sənin üçün çox darıxmışam"

Hazırda oxunan: Dilqəmdən məktub: "Nazlım, sənin üçün çox darıxmışam"

127479
Ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.

Bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. 

D.Əsgərov məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb: “Narahat olmayın, vəziyyətim normaldır. Həbsxanada bizə su və çörək verirlər. Məndən hamıya salam deyin”x9d.

Kəlbəcər girovu kürəkəninə yazdığı məktubda nəvəsi üçün darıxdığını qeyd edib: “Nazlımı çox istəyirəm. Ona deyin ki, çox darıxmışam”x9d.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Qanunsuz “məhkəmə”x9dnin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO