Deputat küçələrdə qurulan reklam lövhələrindən NARAZILIQ ETDİ

Deputat küçələrdə qurulan reklam lövhələrindən NARAZILIQ ETDİ

Hazırda oxunan: Deputat küçələrdə qurulan reklam lövhələrindən NARAZILIQ ETDİ

127445

Azərbaycanda reklam qurğularının tikintisinə icazə verilməsi ilə bağlı tələblərdə dəyişiklik ediləcək. Bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, reklam qurğularının tikintisinə icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rüfət Quliyev demokrat.az-a açıqlamasında bildirib ki, bu şəhər arxitekturası üçün müsbət qərardır:

"Ona görə ki, reklam vakanaliyası bütün şəhəri götürmüşdü. Bu vəziyyət tək Bakıda deyil, regionlarda da yaşanırdı. Yəni, istənilən formada və dildə reklam lövhələrini yerləşdirirdilər. Bu, düzgün deyildi və bunun üçün bir qayda-qanun olması zəruri idi". 

Millət vəkili qeyd edib ki, tarixi binalarda və digər mühüm yerlərdə reklam yerləşdirərkən həssas yanaşılmalıdır:

"Sadəcə burada məni düşündürən bir neçə sual var. Birinci sual odur ki, elektron formada buna neçə müddətdən sonra  cavab veriləcək? 

İkincisi, əgər qurum tərəfindən etiraz bildirilirsə, arqumentləri olacaqmı? 

Bu, olmalıdır. Tək bununla iş bitmir ki, deyəsən, olmaz. Nəyə görə olmaz? Arqument gətirmək, əsaslandırmaq lazımdır. 

Üçüncüsü isə ödəniş məsələsidir. Amma biz çalışmalıyıq ki, sahibkara artıq xərclər çıxmasın". 

Deputatın sözlərinə görə, bu qaydanın müsbət tərəfləri çoxdur: 

"Cənab Prezidentin tapşırığı ilə ölkə iqtisadiyyatı mikro (kiçik) və orta sahibkarlığın üstündə qurulur, davam etdirilir. Hesab edirəm ki, yeni qanun iqtisadiyyatımızın bel sütunu olacaq. Əvvəl bir qayda var idi ki, bir metrin-bir metrə pulsuz idi və artıq olanda ödənişlər edilirdi. Yəni nizam-intizama arxitektura nöqteyi-nəzərdən baxmırdılar.  Həmçinin, hüquqşünaslarım mənə bildirdilər ki, burada ödəniş məsələsi də yoxdur. Fikrimcə, Dövlət Şəhərsalma və Arxitekturası Komitəsinə bu səlahiyyətlərin verilməsi doğrudur".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO