Özünü öldürən 20 yaşlı qızla bağlı – RƏSMİ AÇIQLAMA

Özünü öldürən 20 yaşlı qızla bağlı – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Özünü öldürən 20 yaşlı qızla bağlı – RƏSMİ AÇIQLAMA

12744

Ötən gün saat 19:00 radələrində Zabrat qəsəbəsində intihar edən şəxsin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 20 yaşlı İsmayılzadə Fidan Nail qızı özünü Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna daxil olan məlumat əsasında, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Meyitin üzərində hündürlükdən yıxılması nəticəsində alınmış xəsarət izlərindən başqa digər şübhəli izlər müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO