Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.
MÖVZU İLƏ BAĞLI:
Yalçın Rzazadə dünyasını dəyişdi
O, bu sözləri deyib:
"Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm...".
Xalq artistinin oğlu Yalçın Rzadənin sənət dostlarından da söz açıb:
"Yalçın müəllimlə əlaqə saxlayırdılar. Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı".
Qeyd edək ki, Yalçın Rzazadə 74 yaşında dünyasını dəyişib.
Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn olunacağı yer məlum olub. O, Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq. Mərhumun cənazəsi saat 12:00-da yaşadığı mənzildən götürüləcək. (Teleqraf.com)
Bizim.Media