Ata Abdullayev həbsxanada Vüqar Səfərli ilə dalaşdı

Ata Abdullayev həbsxanada Vüqar Səfərli ilə dalaşdı

Hazırda oxunan: Ata Abdullayev həbsxanada Vüqar Səfərli ilə dalaşdı

127269

Hazırda həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli ilə videobloqer Ata Abdullayev arasında həbsxanada mübahisə yaranıb. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, mübahisəyə səbəb Ata Abdullayevin Vüqar Səfərlinin və sabiq şöbə müdiri Əli Həsənovun ünvanına söylədiyi tənqidi fikirləri olub. 

Hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində Vüqar Səfərli ilə bərabər cəza çəkən Ata Abdullayev keçmiş KİVDF rəhbərini və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu reket və dələduzluqda ittiham edərək, təhqir edib. 
Vüqar Səfərli isə Ata Abdullayevə cavabında ağır sözlər səsləndirib. 

Tərəflərin mübahisəsini görən digər məhbuslar onları bir-birindən kənarlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO