Ramazanda diş və ağız boşluğu sağlamlığına necə diqqət yetirək?

Ramazanda diş və ağız boşluğu sağlamlığına necə diqqət yetirək?

Hazırda oxunan: Ramazanda diş və ağız boşluğu sağlamlığına necə diqqət yetirək?

127152

“Ramazan ayı boyunca tutulan oruc zamanı, uzun müddət qida və maye qəbul edilmədiyi üçün, ağızda quruluq əmələ gəlir. Bu öz növbəsində, ağızda bakteriyaların artmasına səbəb olur. Xüsusən ağız boşluğunda diş daşları və kariyesləri olan insanlarda bu proseslər dahada sürətlıənir və ağızdan pis qoxu əmələ gəlir”.

Bu fikirləri Bizim.Media ilə uzman-həkim Hüseyn Hüseynzadə paylaşıb. Doktor bildirib ki, Ramazan ayında və aralıqlı qida qəbul edən insanlarda, bu hallın baş verməməsi üçün, öncədən ağız boşluğu gigiyenası olunmalı və kariyesli dişlər müalicə edilməlidir:

“Bununla yanaşı gündəlik dişlər və dilin üzəri fırçalanmalıdır. Çünki dilin üzəridə ərp əmələ gəlir və bu da bakteriya artımına və ağızdan pis qoxunun gəlməsinə səbəb ola bilər”.

Bəs Ramazan ayında ağız boşluğu və dişlərin sağlamlığı ilə bağlı problem yaşanmaması üçün nə öncədən nəsə etmək mümkün deyilmi? 

Hüseyn Hüseynzadə bunun üçün  vacib şərtin olduğunu bildirib:

“Birincisi, ağız boşluğunun və dişlərin  müayinəsi və müalicəsini, Ramazan ayından öncə etdirmək lazımdır ki, 1 ay boyunca sağlamlığınız və komfortunuz üçün əlverişli olsun.
İkincisi, Ramazan ayı ərzində dişlərin təmizliyinə xüsusi diqqət yetirilməlidir. Dişləri fırçaladıqdan sonra bol bol su ilə qar qara olunmalıdır.

Gün ərzində də ağızı su ilə yaxalamaq, ağızdan pis qoxunun qarşısaını alacaq.

Üçüncüsü, iftarda və imsaqda şiriniyyat və karbohidrat qəbulunu azaltmaq lazımdır. Siqaret və tütün məmulatlarından da istifadə etmək məsləhət görülmür. Çünki bunlar ağızdan pis qoxunun gəlməsinə səbəb ola bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO