Bu kənddə TOY XONÇALARI satışa çıxarıldı – ŞOK QİYMƏTLƏR 

Bu kənddə TOY XONÇALARI satışa çıxarıldı – ŞOK QİYMƏTLƏR 

Hazırda oxunan: Bu kənddə TOY XONÇALARI satışa çıxarıldı – ŞOK QİYMƏTLƏR 

126989

Aran bölgəsinin bir kəndindəki toy adətləri qonşu rayon sakinlərinin marağına səbəb olub. 

Söhbət Ucar rayonunun Məlikballı kəndindən gedir. Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ölkəmizdə hər bir bölgənin özünəməxsus toy adət-ənənələri var.

Bu adət-ənənə bölgənin bütün yaşayış məntəqələrində demək olar ki, bir-birindən bir o qədərdə fərqlənmir. Ucarın Məlikballı kəndindəki toy adətləri isə qonşu rayonlarda, hətta qonşu kəndlərdə belə yoxdur. 

Kəndin bütün çadır toylarında bəyin yaxınları tərəfindən tutulan xonçalar mərhələlərlə xanımlar tərəfindən toy çadırına gətirilir. Əvvəlcədən təyin olunmuş "xonçaya baxan" tərəfindən xonçalar qəbul edilir və qiymətləndirilir. Kağız parçasına xonçanın sahibinin adı-soyadı və qiyməti yazılır. 

Daha sonra xonça satışa çıxarılır. Satışa çıxarılan xonçalardan əldə olunan vəsait sonda toy sahibinə təqdim olunur. Xonça tutan hər kəs xonçasının daha baha qiymətə satılması üçün əlindən gələni edir. Belə ki, xonçaya Azərbaycan milli mətbəxindən-plov, dolma daha sonra ət məhsulları, şirniyyat, növbə-növ turşular, meyvələr, sipirtli içkilər və sular hətta xonçaya tütün məmulatı və kibrit qoyanlarda var.

Bir sözlə hər bir Məlikballı kənd sakini toyun maraqlı və səliqəli keçməsi üçün bütün vasitələrdən istifadə edirlər. Bu toy adətinin canlı şahidi olmaq üçün qonşu rayonlardan gələnlərdə olur. 

"Xonçaya baxan" İsmət Əhmədov deyir ki, hər xonçanın qiyməti 60-70 manat civarında təyin edilir:

“Hələki 60 manatdan satmışam. Qiymətlərdə xonçanın tərkibindəki məhsullara görə təyin olunub”.

Kənd sakini Feruz Vəliyev Məlikballı kəndindəki bu toy adətinin təxminən 150 yaşı  bəlkədə daha çox olduğunu deyir. Bu adət həmdə toy sahibinə maddi köməklik etməyə xidmət edir. 

Kənd sakinlərinin deməsinə görə kənddəki toylarda adətən 70-ə yaxın xonça satılır. Orta hesabla 50 manata satılan 70 xonçadan 3500 manata yaxın vəsait toplanır. Bu da toy edən kənd sakininə böyük maddi köməklik hesab edilir.                           


























Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO