Novruz Balakəndə belə qeyd OLUNDU - FOTO

Novruz Balakəndə belə qeyd OLUNDU - FOTO

Hazırda oxunan: Novruz Balakəndə belə qeyd OLUNDU - FOTO

126713

Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə Balakəndəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təntənəli bayram tədbiri təşkil olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. 

İdmançıların çıxışları marağa səbəb olub. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. 
Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, rəsm və digər sərgilər nümayiş etdirilib. 

Bayram şənliyində rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda xoş təəssürat yaradıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO