Şəkili Hikmət babadan Türkiyəyə NÖVBƏTİ YARDIM – FOTO  

Şəkili Hikmət babadan Türkiyəyə NÖVBƏTİ YARDIM – FOTO  

Hazırda oxunan: Şəkili Hikmət babadan Türkiyəyə NÖVBƏTİ YARDIM – FOTO  

126485

Şəkinin Baş Küncüt kənd sakini Hikmət Musayev növbəti dəfə Türkiyə dövləti üçün ianə göndərib. 

Bizim.Media-nın yerli bürosu xəbər veririr ki, 44 günlük Vətən müharibəsində xeyrxah addımı ilə ölkəmizlə yanaşı onun hüduddlarından kənarda da insanların böyük rəğbət və sevgisini qazanan Hikmət baba qardaş ölkə Türkiyədə baş verən zəlzələdən sonra yenə adını ön sırada yazdıra bildi.  

Ötən gün Hikmət baba əmək təqaüdünü alaraq Şəki ASAN xidmətə yolanıb. Onun son vaxtlar getdiyi hər yerə əlində iki qardaş ölkənin bayraqlarını aparması da təsadüfi deyil. Gəldiyi Şəki ASAN xidmətdə isə onu hər kəs xoş üzlə, ən əziz qonaq kimi qarşıladı. 

Bizim.Media-nın yerli bürosunun əməkdaşı ilə söhbətində Hikmət Musayev bildirib ki, Türkiyədə zəlzələ baş verən günün səhəri imkanı daxilində ianə etmişdi. Bu dəfə isə o, əmək təqaüdünün 200 manatını qardaş ölkənin yardım fonduna göndərməklə bir daha Türkiyənin yanında olduğunu ifadə etdi.   

Hikmət Musayev onu da bildirib ki, növbəti aylarda təqaüdünü alandan sonra Türkiyəyə gedib, zəlzələ bölgəsində tikinti işlərinə köməklik göstərmək fikrindədir.  








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO