DYP sürücüləri yollarda daha diqqətli olmağa çağırdı

DYP sürücüləri yollarda daha diqqətli olmağa çağırdı

Hazırda oxunan: DYP sürücüləri yollarda daha diqqətli olmağa çağırdı

126359

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

İdarədən Bizim.Media-ya daxil olan təbrikdə deyilir:

“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə sizi təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu edirik!
Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiylərimizi unutmamağınızı xahiş edirik.

Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhvali-ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO