Avropada və Orta Asiyada 54 ölkədən olan 600-dən çox təşkilatı birləşdirən ILGA-Europe təşkilatı lesbian, gey, biseksual, trans və interseks şəxslərin insan hüquqları ilə bağlı vəziyyətə dair illik hesabatını hazırlayıb. Hesabatda Azərbaycana da yer ayrılıb.
Bizim.Media xəbər verir ki, azərbaycanlı cinsi azlıqların hesabatında onları narahat edən məsələlər yer alıb.
Həmin şikayət xarakterli və ağ yalana bənzəyən qara ittihamlaradan bəzilərinə nəzər yetirsək, görərik ki, ilk şikayət gey cütlüyə aiddir.
Gənc bir gey cütlük Valentin günündə özləri üçün bir paylaşım etdiklərindən sonra guya çoxsaylı ölüm hədələrinə məruz qalıblar.
Guya fevralın 14-ü təhdidlərlə daşlanan bu “nakam məhəbbət” təmsilçiləri polisə müraciət edib, lakin hüquq mühafizə orqanları onların şikayətinə baxmayıb. Bunlar da “verməzlər aman bizə, çıxaq gedək buralardan” oxuya-oxuya guya başqa şəhərə köçüblər.
Əslində başqa şəhərə köçməkləri inandırıcıdır. Çünki cinsi azlıqlara verilən tapşırıq “özünüz kimiləri artırın”dır.
LGTBİ üzvləri də sosial şəbəkələrdə əməliyyatdan sonrakı hallarının rəsimləri ilə minlərlə abunə toplayır və görüşlər təşkil edirlər.
Nəticədə “bir dəfə ilə nə olacaq”deyib mavi ümmana kəllə vuranların özləri də maviləşir.
Əvvəlcə onu deyək ki, ötən əsrin 90-cı illərində mavilər bir az gizlənsələr də, hazırda üzdədilər və rahat hərəkət edirlər. O qədər rahat dolaşırlar ki, heç hoterolar – dədə-baba qaydası ilə sevənlər də belə hərəkət edə bilmir.
Populyar mavilərdən, yaxud demoqrafik problemlər naminə cinsi azlıqları dəstəkləyən alt dünya idarəçilərindən özlərinə qrant yönəltmək üçün min oyundan çıxırlar.
Yalanlar uydururlar ki, ABŞ, Fransa, Niderland və başqa ölkələrdən bunlara maliyyə vəsaiti ayrılsın.
Həmin pulla ya dodağını, ya da sinəsini şişirdib, öz cinsindən olan “ər”inin aldığı oyuncaq körpələri əmizdirməklə məşğul olan psixoloji problemlilərin hesabatında Azərbaycanın siyasi rəhbərliyi də ittiham olunub.
Belə ki, "Nəfəs" LGBT Azərbaycan Alyansı, Azlıq Azərbaycan və AZAD LGBT Kollektivi ölkənin siyasi rəhbərliyinin nifrət ritorikasını qınayan birgə bəyanat yayıblar.
Lider Tv “Kuklalar”ından məşhur olan bir nəfər var idi ki, cinsi azlıqlar ondan da narazıdır. Yoxsa Azərbaycan müxalifətinin, Demokratik Qüvvələrin Milli Şura (DQMŞ) üzvlərinin iclasında edilən homofob ruhlu bəyanatları tənqid etməzdilər.
Bu təşkilatlar gecə vaxtı küçələrdə gəzib, tindən-bucaqdan “ay oğlan qışqıran”, yaxud maşının saxlayıb, piyada gedən kişi xeylağına seks təklif edənlərin tərəfini tuturlar. Deyirlər ki, 2 gey döyülüb...
Qeyd edək ki, ölkədə gün ərzində onlarla mübahisə, dava və hətta bıçaqlaşmalar baş verir.
Əgər cinsi azlıqlar da özlərini cəmiyyətin bir hissəsi sayırlarsa, bunu normal qarşılamalıdırlar.
Anormal olan başqa nüansdır. Təsəvvür edin ki, evinizə qayıdırsınız və həyətinizdəki skamyada iki mavinin hoqqa verdiyini görürsünüz. İrad bildirmək normaldır deyə mübahisə qaçılmazdır.
Hələ bu azlıqların elələri var ki, xanımla gedən kişilərə “neynirsən o qızı, biz daha yaxşıyıq kimi” nalayiq sözlər atırlar.
Belə situasiyalarda kişilər bir yana, yanında olan qadının da onları söyməsi, vurması normaldır.
“Hesabat”larında Aysu adlı (yəqin köhnə adı Aydın-Sənan olub) transın müştərisi tərəfindən bıçaqlanaraq öldürüldüyü var.
Cinsi azlıqların şikayətində başqa bir transın da bıçaq yarası aldığı yer alıb. Amma bunlar özlərinin neçə nəfərə lezva (ülgüc) atdıqları, nə qədər insanı yaraladıqları haqqında bəhs etmirlər.
Yəni məişət xarakterli cinayəti cinsi azlıqların soyqırımı kimi qələmə verən LGTB üzvləri lap erməniləri xatırladır. Çünki gileyləndikkəri homofob bəyanatlarla “erməni soyqırımı”nın qayəsi eynidir – YALAN.
LGTB-nin problemlərini qabartdıqlarının hamısının vəzifəsi hesabatda “seks işçisi” kimi qeyd olunub.
Yəni “kişi fahişəsi”, daha dəqiq desək, nə vaxtsa kişi olub, indi öz cinsindən olanların (oğlanların) intim tələbatını ödəyən eks başı papaqlı, indiki qafası pariklilərdir.
Cinsi pozğunluqlarına ədalət axtaranlar anlamaq istəmirlər ki, pozğunluq (bədən satmaq) qadağandır.
Bəzi əxlaqsız qadın pritonları masaj salon adı ilə fəaliyyət göstərir. Amma onlar hansısa +18 damın altına girirlər. Amma bu translar, geylər, biseksuallar sosial şəbəkələri, tanışlıq saytlarını zəbt etməklə yanaşı, Bakının giriş-çıxış, əsas küçə və prospektlərində var-gəl edirlər.
LGTB üzvlərindən ən “salamat”ı lesbianlardır. Çünki onlar öz qurbanları heç olmasa yalnız çat və gecə klublarında axtarırlar. Hotero ovuna küçədə çıxmırlar.
Sonda qeyd edək ki, Azərbaycan cəmiyyətinin psixoloji reabilitasiya və böyüməkdə olan nəslin normal inkişafı üçün hazırda sırf sosial şəbəkələrdə senzura qaçılmazdır. Çünki sağlam gələcəyə LGTB təbliğatı boyda təhdid var.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 22.02.2021
Cinsi azlıqların Azərbaycan HESABATI – Gülünc şikayətlərin İZAHATI
Hazırda oxunan: Cinsi azlıqların Azərbaycan HESABATI – Gülünc şikayətlərin İZAHATI
Hazırda oxunan: Cinsi azlıqların Azərbaycan HESABATI – Gülünc şikayətlərin İZAHATI
12631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.