Qaxda bayram tonqalını şəhid əmanətləri ALOVLANDIRIB

Qaxda bayram tonqalını şəhid əmanətləri ALOVLANDIRIB

Hazırda oxunan: Qaxda bayram tonqalını şəhid əmanətləri ALOVLANDIRIB

126177

Bir neçə il davam edən pandemiyadan sonra Qaxda ilk ümumxalq Novruz bayramı qeyd edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, xalqımızın ən qədim bayramlarından olan Novruz Qax sakinləri tarix-memarlıq ərazisində, şəhərin “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində qarşılayıb.

Səhər saatlarında Novruz tonqalının alovlandırılması ilə başlayan tədbirdə rayonun bütün kənd və qəsəbələrindən qonaqlar qatılıb. Bayram tonqalının alovlandırılması isə Vətən müharibəsi şəhidi, polkovnik Sadiq Məmmədovun övladlarına həvalə olunub. 
Daha sonra müxtəlif folklor qrupları xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən xüsusən Novruza dair hazırlıqlarla qonaqları və iştirakçıları tanış edib. Burada xanımların əl işləri nümayiş etdirilib,  eləcə də milli mətbəx nümunələri ilə tanışlıq olub. Qadınlar Qaxın milli mətbəxinə dair bir sıra özəl şirniyyat və xörəkləri də iştiraçkılara təqdim ediblər. 

Rayonun bədii-özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları konsert proqramı bayram şənliyinə rəng qatıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO