Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə İŞLƏYƏCƏK 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə İŞLƏYƏCƏK 

Hazırda oxunan: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə İŞLƏYƏCƏK 

126083

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO