Yeniyetmələri qanunsuz işə cəlb edən vəzifəli şəxslərlə bağlı QƏRAR 

Yeniyetmələri qanunsuz işə cəlb edən vəzifəli şəxslərlə bağlı QƏRAR 

Hazırda oxunan: Yeniyetmələri qanunsuz işə cəlb edən vəzifəli şəxslərlə bağlı QƏRAR 

126079

2022-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərə baxılması zamanı işəgötürənlər tərəfindən 5 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən 5,3 min manat məbləğində cərimə tətbiq olunub.

Həmçinin, 3 halda işçini əmək funksiyalarına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcburetmə faktı aşkarlanıb. Bu faktlarla əlaqədar işəgötürənlərin vəzifəli şəxslərinə 3,7 min manat məbləğində cərimə tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO