“Qarabağda evini tikmək istəyənlərə şərait yaradılmalıdır” – Ceyhun Məmmədov

“Qarabağda evini tikmək istəyənlərə şərait yaradılmalıdır” – Ceyhun Məmmədov

Hazırda oxunan: “Qarabağda evini tikmək istəyənlərə şərait yaradılmalıdır” – Ceyhun Məmmədov

126058

“Rəsmi məlumatlara görə, ölkəmizdə 800 məktəb təmirsiz vəziyyətdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Ceyhun Məmmədov səsləndirib.

“Doğrudur, onların mərhələli olaraq təmir olunacağı qeyd olunur. Lakin bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var”, - deyə deputat əlavə edib.

Millət vəkili məscidlərin maliyyələşdirilməsində müəyyən çətinliklərin olduğunu qeyd edərək, vurğulayıb ki, bu istiqamətdə müvafiq işlərin görülməsinə ehtiyac var:

“Deyə bilərlər ki, din dövlətdən ayrıdır. Lakin bu da bizim məsələdir. Əgər maliyyələşdirməni biz etməsək, onlar maliyyəni başqa yerdən cəlb edəcəklər”.

Ceyhun Məmmədov Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq işlərində vətəndaşların da iştirakına şərait yaradılmasını təklif edib:

“Böyük Qayıdış prosesində vətəndaşların da iştirakına şərait yarada bilər. Bir çox məcburi köçkünlər öz evlərini özləri inşa etmək istəyirlər. Dövlətin verdiyi layihə əsasən, həmin şəxslərə imkan yaradıla bilər. Digər tərəfdən, bir çox vətəndaşlar bu bölgələrdə məktəb, baxça inşa etmək istəyirlər. Düşünürəm ki, onların da müraciətlərinə baxıla bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO