Bakıda yeniyetmə qız növbəti dəfə itkin düşüb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yaşayan 1988-ci il təvəllüdlü A.Musayeva (soyadlar şərti) 5-ci Polis Bölməsinə müraciət edərək 2010-cu il təvəllüdlü qızı T.Musayevanın martın 15-də evdən çıxaraq itkin düşdüyünü bildirib.
Qadın qeyd edib ki, qızı həmin gün saat 12:30 radələrində yaşadığı evi tərk edərək gedib. O, övladının fotosunu polisə təqdim edib.
Qeyd edək ki, 13 yaşlı qızın daha əvvəl də evdən qaçıb başqa ünvanlarda qalması faktı müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:01 / 17.03.2023
13 yaşlı qız itkin DÜŞDÜ
Hazırda oxunan: 13 yaşlı qız itkin DÜŞDÜ
Hazırda oxunan: 13 yaşlı qız itkin DÜŞDÜ
125987
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.