461 hərbi qulluqçu yeni mənzillərlə TƏMİN OLUNDU 

461 hərbi qulluqçu yeni mənzillərlə TƏMİN OLUNDU 

Hazırda oxunan: 461 hərbi qulluqçu yeni mənzillərlə TƏMİN OLUNDU 

125936

Martın 16-da Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur. 

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.

Qeyd olunub ki, indiyədək Komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların sayı 5471 nəfər təşkil edib ki, onlardan 2712 hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində mənzillərlə təmin olunublar. 
 Komissiyanın iclasında sözügedən Fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib. 

Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, bu günkü tarixə mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3759 nəfərə çatıb. 

İclasda həmçinin, Komissiyanın fəaliyyətinə dair digər məsələlər baxılıb. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO