Köç edən 10 ailə Talış kəndinə çatdı – FOTO/VİDEO

Köç edən 10 ailə Talış kəndinə çatdı – FOTO/VİDEO

Hazırda oxunan: Köç edən 10 ailə Talış kəndinə çatdı – FOTO/VİDEO

125866

Talış kəndinə səfər edən on ailə kənd mərkəzində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən qəbul edilib. Onları yurda qayıdış münasibəti ilə təbrik edib, yeni salınan qəsəbə haqqında ətraflı məlumat verib. 

Bizim.Media xəbər verir ki, digər çıxış edənlər, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Talış kəndinə köç yola düşdü – YENİLƏNİB - FOTO/VİDEO


Qarabağ iqtisadi rayonuna böyük qayıdışın ilk sakinləri kənddə yaradılmış şəraitlə yaxından tanış olub, onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını və buna görə ölkə rəhbərinə öz təşəkkürünü bildirib. 

Həmçinin kənddə ilk ziyafət və illər sonra sakinlər tərəfindən rəmzi bayram tonqalı qalanacağı gözlənilir.









Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO