Əhmədli metrosunun yaxınlığında demək olar ki, günün əksər saatlarında tıxac yaşanır.
Bizim.Media xəbər verir ki, həmin ərazidə taksilər avtobus dayanacağında sərnişin gözləyir, avtobuslar isə onlar üçün nəzərdə tutulan zolaqda yer olmadığından yolun orta hissəsində sərnişin yığır. Nəticədə sıxlıq meydana gəlir.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, xaotik vəziyyətin tənzimlənməsi məqsədilə mütəmadi işlər görülür.
Qayda pozan taksi sürücülərinə qarşı müxtəlif tədbirlər görülür. Buna baxmayaraq bəzi taksi sürücüləri yenə də avtobus dayanacağında sərnişin gözləyir.
Mövzu ilə bağlı Xəzər televiziyasının hazırladığı videomaterialı təqdim edirik:
Bizim.Media