BDU-dan ŞİKAYƏT – Tələbələr niyə imtahana BURAXILMAYIB?

BDU-dan ŞİKAYƏT – Tələbələr niyə imtahana BURAXILMAYIB?

Hazırda oxunan: BDU-dan ŞİKAYƏT – Tələbələr niyə imtahana BURAXILMAYIB?

125841

Ali təhsil ocaqları üzrlü səbəbdən davamiyyəti pozan tələbələri imtahana buraxmır. Hətta xəstələnən və bunu sübut edəcək tibbi arayışı olan tələbələrə belə heç bir güzəşt olunmur. Bu isə təhsilalanlar arasında ciddi narahatlıq yaradıb.

Narazı tələbələr üzrlü səbəbdən dərsdən qalmanın nəzərə alınmasını vacib hesab edirlər.

Bununla bağlı Bizim.Media-ya BDU-nun bir qrup tələbəsi müraciət edib. Dediklərinə görə əllərində tibbi arayış olsa da imtahan zamanı buna əhəmiyyət verən yoxdur.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə müraciət etdik. Universitetin mətbuat katibi Kəmalə Namazaova saytımıza açıqlamasında məsələnin universitetlə bağlı olmadığını deyib:

“Bu, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır”, - deyə qurum rəsmisi əlavı edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO