Ölkə əhalisinin 89,1 faizi gələcəkdə Azərbaycanın digər regionlarına səyahət edərkən Zəngəzur dəhlizindən istifadə edəcəyini düşünür.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, sorğu kəmiyyət və keyfiyyət metodologiyası əsasında aparılıb. Məqsəd Zəngəzur dəhlizi haqqında məlumatlılıq və onun mahiyyəti barədə əhalinin rəyini öyrənməkdir.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 47,9 faizi Zəngəzurun tarixi haqqında məlumatlı olduğu halda, 52,1 faizin bu haqda heç bir bilgisi yoxdur.
Rəyi soruşulanların 63,3 faizi Zəngəzur dəhlizini Azərbaycan-Naxçıvan və Türkiyəni birləşdirən ən qısa yol kimi görür. 54,2 faiz sorğu iştirakçısı isə Zəngəzur dəhlizini Naxçıvan MR-nın iqtisadi blokadadan çıxarılması kimi ifadə edib.
18 faizsə belə düşünür ki. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqəsinin tərkib hissəsidir.
Bundan əlavə respondentlərin 17,7 faizi Zəngəzur dəhlizinə Türk Dövlətləri Təşkilatının inteqrasiya platforması kimi baxır. Tədqiqatda rəyi soruşulanların 16,4 faizi isə düşünrür ki, Zəngəzur dəhlizi regionun iqtisadi və nəqliyyat əlaqələrinin şaxələndirəcək. 10,4 faiz sorğu iştirakçısı isə Zəngəzur dəhlizini qələbəmiz kontekstində yeni geosiyasi reallıq kimi görür.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 16.03.2023
Azərbaycan əhalisinə Zəngəzur dəhlizi lazımdırmı? – Sorğunun ŞOK NƏTİCƏSİ
Hazırda oxunan: Azərbaycan əhalisinə Zəngəzur dəhlizi lazımdırmı? – Sorğunun ŞOK NƏTİCƏSİ
Hazırda oxunan: Azərbaycan əhalisinə Zəngəzur dəhlizi lazımdırmı? – Sorğunun ŞOK NƏTİCƏSİ
125816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.