Elza Seyidcahan: “Mən “qoyun olun”x9d deməmişəm”x9d

Elza Seyidcahan: “Mən “qoyun olun”x9d deməmişəm”x9d

Hazırda oxunan: Elza Seyidcahan: “Mən “qoyun olun”x9d deməmişəm”x9d

125798
on vaxtlar daha çox qeyri-adi şeirləri ilə gündəmə gələn əməkdar artist Elza Seyidcahan son şeirinin təhrif olunaraq mətbuata təqdim edildiyini bildirib. Bu barədə müsavat.com-a açıqlama verən bəstəkar-müğənni yazdığı “Yaz bayramı”x9d şeirində “qoyun olun”x9d ifadəsinin ona aid olmadığını deyib:

“Başımdakı güllər olan fotoya baxıb yaz əhval ruhiyyəsində “Yaz bayramı”x9d şeirini yazmışdım. Onu da bəziləri bilə-bilə yazıblar ki, “qoyun olun”x9d. Mən heç zaman insanları təhqir edib demərəm ki, “qoyun olun. Demişəm “qoyun olum”x9d. Bu sözün çox mənası var, yəni qoyun insan olum, adam olum, gözəl olum, xanım olum. Bunlar isə yazıb ki, “qoyun olun”x9d.

Özləri hər zaman insanları təhqir etmək istəyib axı... Əvvəla, qoyun pis heyvan deyil, müqəddəs heyvandır. Sonra da ki, niyə sən camaata “qoyun olun”x9d deməlisən?”x9d
Musavat.com əməkdar artistin “Yaz bayramı”x9d
şeirini olduğu kimi təqdim edir:

“Qıvrım saçlarımı alıb 
etdiz qaynaq dinmədim
Qaşlarınızı tatuaş elədiz
mənim kimi silmədiz, 
Gözlərimin rəngin aldız, 
linza etdiz, gəlmədim, 
Burnunuzu etdiz kurnos, 
Dediz, mənim burnum sunos 
Nosdu, dosdu,
Allah verən paydı, tosdu.
Götürün məni bu güllərlə 
sizin olum, 
Həyatınızda bülbüllərlə 
cəh-cəh vurum, 
Şirin olum.
Çiçək olum  kəlmənizdə,
Gülüşünüzdə şimşək olum, 
Olum, olum, 
Balan olum
Oyun olum
İşi tamam qoyun olum 
Qoyun olum, qoyun olum,
Gözəllik onun
doqquzu donun 
Həyat onsuz bir-bir oyun, 
İşi tamamdır bir xoyun, 
İndi deyəcəksiz onun? 
Lap elə bunun. 
Bu gün mənimdir,
Çal toyum 
Dodaqlarım püstələnən
Süstələnən 
Bir soyumdur
Çünki ordan
dürr tökülər,
Nur süzülər, 
O dodaqdan, dodaqlara
qəlbimizə, təblərimizə
Süzə-süzə içimizə,
hissimizə.
Gəldi bahar bayramı 
Səsləndi yaz bayramı 
Şənləndi saz bayramı
Caz bayramı
Qoz bayramı
Qaz bayramı”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO