Paytaxtda məşhur influenserlər Həmidə Hacıyeva və Banu Allahverdinin başına butulka atılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Həmidə Hacıyeva sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki, hadisə Banu mağazadan çıxarkən baş verib:
“Gördüyünüz pəncərədən bir kişi araq butulkasını düz başıma atdı. Bir saniyə tez arxaya çəkilməsəydim, o şüşə mənim başıma düşəcəkdi. Şüşəni atdıqdan sonra diqqətlə nə baş verdiyini izləyirdi. Təkrar nəsə atar deyə, ehtiyat edib mağazada gözlədik.
Qızlar mağazada məlumat verdilər ki, bu hadisə son günlər bir neçə dəfə baş verib. Məncə, bu şəxslə bağlı bir tədbir görülməlidir. Yoxsa bir gün pəncərədən atdığı hansısa əşya kiməsə ağır xəsarət verəcək”.
Bizim.Media