Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər AÇIQLANDI 

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər AÇIQLANDI 

Hazırda oxunan: Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər AÇIQLANDI 

125718

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib. 

Bu barədə Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. 

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir:

"Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək". 

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir: 

1.Xarici pasport; 

2.Şəxsiyyət vəsiqəsinin surəti; 

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; 

4.Sağlamlıq haqqında arayış. 

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO