“Azərbaycanda milli etnik azlıqlara öz dillərində təhsil almaq imkanı yaradılıb. Gürcüstanın təhsil və elm nazirinin ölkəmizə səfəri çərçivəsində bu gün biz birlikdə Qax şəhərində yerləşən STEAM mərkəzinin açılışında və Əlibəyli kəndində tədrisi gürcü dilində aparılan məktəbdə olduq”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, məktəbdə şagirdlərin yaxşı təhsil almaları üçün hər cür şəraitin yaradılıb, dövlətimizin başçısının tapşırığı ilə bu məsələlər daim diqqətdə saxlanılıb:
“Ötən ilin fevralında mən də Gürcüstana səfər etmişdim. Həmin səfər zamanı azərbaycanlıların yığcam yaşadıqları rayonlarda, kəndlərdə olduq. Belə səfərlər xalqlarımız, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eyni zamanda, müxtəlif etnik qrupların yaşadıqları ölkənin dilinə və cəmiyyətə inteqrasiyası baxımından olduqca vacibdir. Bu istiqamətdə biz həm ölkəmizdə, həm də Gürcüstanda birlikdə xeyli iş görürük”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:19 / 15.03.2023
Nazir: “Azərbaycanda milli etnik azlıqlara öz dillərində təhsil almaq imkanı yaradılıb”
Hazırda oxunan: Nazir: “Azərbaycanda milli etnik azlıqlara öz dillərində təhsil almaq imkanı yaradılıb”
Hazırda oxunan: Nazir: “Azərbaycanda milli etnik azlıqlara öz dillərində təhsil almaq imkanı yaradılıb”
125712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.