"Ağdamda keçirilən bayram tədbirində məşəllərin Qarabağ atlarının belində Qərbi Zəngəzur yallısının sədaları ilə tonqala gətirilməsi həm nikbin gələcəyə mesaj, həm də bütöv Azərbaycanın əbədi olaraq birliyinə işarə edir".
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri tədbir iştirakçısı, Ağdam Dövlət sosial-iqtisadi kollecinin direktor müavini Məhəmməd Aslanov bildirib.
O deyib ki, yaxın gələcəkdə Azərbaycanın bütün tarixi torpaqlarında belə tədbirlərin keçirilməsinə əminliklə inanır:
"Ali Baş Komandanın yürütdüyü xarici siyasət sayəsində Azərbaycanın bütün tarixi torpaqlarına qayıtmağımıza heç kim şübhə edə bilməz. Dövlətimizin gücü, insanların qəhrəmanlığı və birliyi sayəsindı buna da nail olacağıq. Öz növbəmdə, bütün xalqımızı bayram münasibətilə təbrik edirəm", - deyə Məhəmməd Aslanov bildirib.
Qeyd edək ki, sözügedən tədbirdə Vətən müharibəsinin iştirakçıları və Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən ərazilərdə xidmət aparan hərbi qulluqçularımız da iştirak edirlər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu