Naxçıvanda su itkisinə qarşı nəzarət mexanizmi GÜCLƏNDİRİLİR

Naxçıvanda su itkisinə qarşı nəzarət mexanizmi GÜCLƏNDİRİLİR

Hazırda oxunan: Naxçıvanda su itkisinə qarşı nəzarət mexanizmi GÜCLƏNDİRİLİR

125666

“Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Tədbirlər Planı Naxçıvan Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə təsdiqlənib.

Tədbirlər Planına uyğun olaraq su ehtiyatlarından qənaətlə və səmərəli istifadə, iqlim dəyişmələrinin fəsadları, gözlənilən risklər, suyun bölgüsü, sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə müasir tələblərə uyğun çağrı mərkəzlərinin təşkili, su itkisinin qarşısının alınması məqsədi ilə gecə suvarmalarının təşkili və suvarma işlərinə nəzarət mexanizminin gücləndirilməsi, suvarma suyu təminatına dair çatışmazlıqlar olan kəndlərdə suya qənaət məqsədi ilə yeni şəbəkənin qurulması və digər məsələlərlə bağlı tədbirlər həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO