23 yaşlı qız özünü xəstəxananın 4-cü mərtəbəsindən ATDI

23 yaşlı qız özünü xəstəxananın 4-cü mərtəbəsindən ATDI

Hazırda oxunan: 23 yaşlı qız özünü xəstəxananın 4-cü mərtəbəsindən ATDI

125639

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. 

Bizim.Media “qafqazinfo.az” a istinadən xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

G. Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO