Bakı Dairəvi yolundakı qəzanın yeni DETALLARI - VİDEO

Bakı Dairəvi yolundakı qəzanın yeni DETALLARI - VİDEO

Hazırda oxunan: Bakı Dairəvi yolundakı qəzanın yeni DETALLARI - VİDEO

125625

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hərəkət iştirakçılarına Yol hərəkəti qaydalara ciddi əməl etmələri, yollarda təyin edilən sürət həddini aşmamaları, təhlükəli manevr hərəkətləri etməməyi və avtomobildə təhlükəsizlik kəmərindən istifadənin vacibliyi barədə dəfələrlə məlumatlar verilməsinə baxmayaraq bəzi sürücülər hələ də, kobud qayda pozuntuları törədərək ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı dairəvi avtomobil yolunda maşın AŞDI- Ölən VAR


Bir daha bütün sürücüləri yollarda sürət həddinə riayət etməyə və təhlükəli manevrlər etməməyə çağırırıq. Unutmayaq ki, ağır yol nəqliyyat hadisələrinə səbəb olmağınız hüquqi məsuliyyətlə yanaşı bir ömür vicdan əzabı çəkməyinizə və peşmançılıq hissi yaşamağınıza səbəb olur. Belə peşmançılıqlar olmasın deyə vaxtında qaydalara əməl etmək vacibdir.

Təəssüf ki, dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretmə qaydasını kobud şəkildə pozan sürücünün törətdiyi qəzada bir nəfər həlak olub. 

Həmin qəzanı törədən "KİA"markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Seyidov Namiq Mirqasım oğlu DYP əməkdaşları ilə söhbət zamanı sükan arxasında məsuliyyətsizlik etdiyini, tələsdiyi üçün kobud şəkildə manevretmə qaydasını pozduğunu  etiraf edib: 

"İşə çox vaxt həmin yolla gedirəm və həmin yolda radarların yerini bilirəm. Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram. Nə yalan deyim? O yolda avtomobili 120 km/saatdan aşağı sürətlə idarə etmir demek olar heç kim. Sadəcə mənim ağılsızlığım orda oldu ki, yük maşınını sağdan keçdim. Keçməsəm düz yol ilə gedirdim". 
Baş verən hadisədə təhlükəsizlik kəməri sayəsində sağ qaldığını vurğulayan sürücü sərnişin xanım da təhlükəsizlik kəmərini taxsaydı, bəlkə heç nə olmazdı, deyə vurğulayıb.

Qeyd edək ki, ölən şəxsin  iki azyaşlı övladı var.


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO