Balakəndə İlaxır çərşənbə QEYD EDİLDİ - FOTO 

Balakəndə İlaxır çərşənbə QEYD EDİLDİ - FOTO 

Hazırda oxunan: Balakəndə İlaxır çərşənbə QEYD EDİLDİ - FOTO 

125545

Balakənin Qabaqçöl qəsbəsində İlaxır çərşənbə qeyd olunub. Əvvəlcə musiqi sədaları altında bayram tonqalını alovlandırılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tədbirə qatılanları təbrik edib və bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb.  

Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən İslam Rzayev onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.  

Natiq qeyd edib ki, Novruz bayramını ölkəmizdə yaşayan etnik və dini müxtəlifliyindən asılı olmayaraq, hər kəs ruh yüksəkliyi və sevinclə bayram edir. Kənd ağsaqqalları çıxış edərək bildiriblər ki, bu gün Qabaqçöl qəsəbəsi Novruz bayramını müasir siması ilə böyük təntənə və çoşqu ilə qarşılayır.  

Son illər dövlətimizin həyata keçirdiyi tədbirlər nəticəsində qəsəbə və kənddaxili yollara asfalt çəkilib, artezian quyuları qazılıb, yeni məktəb binaları və uşaq bağçaları inşa edilib. Qeyd edilib ki, Torpaq çərşəmbəsi həmçinin əkinçilik bayramı kimi də qeyd edilir. Kənd təsərrüfatı ilə məşğul olan, torpağa bağlı olan insanlarımız yazın gəlişi, torpağın canlanması ilə çox sevinirlər. Yeni gələn ilin bolluq və bərəkət ili olması üçün torpağın əkilib becərilməsi çox vacibdir.  
Yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılanıb. Kosa və Keçəlin zarafatları ilə davam edən bayram şənliyi iştirakçılarda gözəl əhval-ruhiyyə yaradıb. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO