Avtomobil su kanalına aşdı – 2 azyaşlı uşaq yaralandı

Avtomobil su kanalına aşdı – 2 azyaşlı uşaq yaralandı

Hazırda oxunan: Avtomobil su kanalına aşdı – 2 azyaşlı uşaq yaralandı

12553

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 200 km-də, rayonun Qarayazı kənd ərazisində qeydə alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ucarda ağır yol qəzası - Ölənlər var


Rayonun Bəydövül kənd sakini idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan su kanalına aşıb.

Qəza nəticəsində yararsız hala düşmüş avtomobildən sürücü ilə bərabər daha dörd sərnişin çıxarılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər təcili tibbi yardım briqadasının köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, yaralıların ikisi azyaşlı uşaqdır. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO