Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Hazırda oxunan: Bu gün İlaxır çərşənbədir

125352

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi qeyd olunur. 

Bizim.Media xəbər verir ki, bu çərçənbəyə Torpaq çərşənbəsi də deyirlər. 

Digər çərşənbələrdən fərqli olaraq, ilaxır çərşənbə ölkəmizdə xüsusi təntənə ilə qeyd edilir. 

Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir. 

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır.

Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.  

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.  

Yaz fəsli isə Azərbaycana martın 21-i saat  01:24-də daxil olacaq.  
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO