Şəhid övladına hesab açılır - \

Şəhid övladına hesab açılır - \"YAŞAT\" - FOTO

Hazırda oxunan: Şəhid övladına hesab açılır - \"YAŞAT\" - FOTO

12533

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Bizim.Media Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, daha bir şəhidimizin yeni doğulan övladının, Ağaqardaş Abbasovun övladı İlknurun zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

 

MÖVZU İLƏ BAĞLI:

Daha 2 şəhid övladının adına 5000 AZN-lik hesab açılır - FOTO

​​​​​​​
Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək.

Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Allah rəhmət eləsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO