Nazirlik anası ilə yaşayan qaziyə dəstək göstərdi - FOTO

Nazirlik anası ilə yaşayan qaziyə dəstək göstərdi - FOTO

Hazırda oxunan: Nazirlik anası ilə yaşayan qaziyə dəstək göstərdi - FOTO

12532

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.

Bizim.Media ƏƏSMN-nə istinadən xəbər verir ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır.

Nazirlik tərəfindən Əsədə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub.

Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib.

Əsədin bu istəyi nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO