Kosmik sahədə də əməkdaşlıq olacaq - Türkiyə-Azərbaycan və ....

Kosmik sahədə də əməkdaşlıq olacaq - Türkiyə-Azərbaycan və ....

Hazırda oxunan: Kosmik sahədə də əməkdaşlıq olacaq - Türkiyə-Azərbaycan və ....

12520

"Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır."

Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım Bakıda jurnalistlərlə söhbətində bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər - SİYAHI


“İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”,- o deyib.

Yıldırımın sözlərinə görə, Azərbaycanda da, şübhəsiz, Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”

Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. “Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”

Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb.

“Beynəlxalq əməkdaşlıq bütün ölkələrin maraqlarına cavab verir”,- deyə Yıldırım əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO