Bu təhsil müəssisələrində Azərbaycan dili imtahanı KEÇİRİLİR

Bu təhsil müəssisələrində Azərbaycan dili imtahanı KEÇİRİLİR

Hazırda oxunan: Bu təhsil müəssisələrində Azərbaycan dili imtahanı KEÇİRİLİR

125184

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilir.

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahan saat 11:00-da başlanır və 1 saat 30 dəqiqə davam edir.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 27 qapalı tipli və 3 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 test tapşırığı təqdim olunur. Səhv cavablar yekun bala təsir göstərmir.
 

İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO