Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR

Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR

Hazırda oxunan: Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR

125135

Salyanda  primus partlayıb, bir  nəfər yanıq xəsarətləri alıb.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində  baş verib. Noxudlu  kənd sakini, 36 yaşlı Həsənov Amid Əmrah oğlu  həyətdə qızdırıcı cihazla iş görərkən anidən partlayış olub.

Nəticədə A. Həsənov yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ona ilk tibbi yardım göstərilib.

İkinci dərəcəli yanıq  xəsarətləri alan A. Həsənovun  vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO