Bir gündə məşhurlaşan Xınalıqlı İbrahimi Böyük Britaniyaya aparırlar - ÖZƏL 

Bir gündə məşhurlaşan Xınalıqlı İbrahimi Böyük Britaniyaya aparırlar - ÖZƏL 

Hazırda oxunan: Bir gündə məşhurlaşan Xınalıqlı İbrahimi Böyük Britaniyaya aparırlar - ÖZƏL 

124970

Xınalıqda polşalı turistə bələdçilik edən, ingilis dilində Xınalıq haqqında əcnəbi turisti məlumatlandırmaqla məşhurluq qazanan İbrahim Zeynalovla bağlı xəbər var. 

Bizim.Media xəbər verir ki, İbrahim Zeynalov bu ilin iyul ayında iki həftəlik İngiltərəyə yay məktəbinə göndəriləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Bir gündə məşhurlaşan Xınalıqlı İbrahim ermənilərə SƏSLƏNDİ - VİDEO


Xəbəri Musiad.Azərbaycan təşkilatının idarə heyətinin sədri Rəşad Cabirli verib. Onun sözlərinə görə, artıq İbrahimin sənədləri hazırlanır. 

Rəşad Cabirli hesab edir ki, ucqar dağ kəndinin istedadlı şagirdi İngiltərədə olduğu müddətdə ingilis dili ilə bağlı biliklərini daha da təkmilləşdirmək imkanı əldə edəcək. 

Qeyd edək ki, Qubadan daha bir məktəbli, robot-texnika sahəsi üzrə yeniliklərə imza atan Tofiq Bayramovun da İngiltərəyə yay məktəbinə göndərilməsi planlaşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO