DİN-in Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib.
Bu barədə Bizim.Media-ya Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.
Məlumatda son vaxtlar əksər insanların moped sürücülərindən şikayət etdiyi vurğulanıb:
"Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, heç bir təhlükəsizlik avadanlıqlarından istifadə etmir, yol hərəkəti qaydalarını bəzən kobud şəkildə pozurlar.
Moped sürücülərinin çoxu kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda ölüm və xəsarətlə nəticələnə bilir.
Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, kobud qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:21 / 11.03.2023
Yol polisindən moped sürücülərinə XƏBƏRDARLIQ
Hazırda oxunan: Yol polisindən moped sürücülərinə XƏBƏRDARLIQ
Hazırda oxunan: Yol polisindən moped sürücülərinə XƏBƏRDARLIQ
124938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.