Laçın, Füzuli və Zəngilanda ailə mərkəzləri YARADILACAQ

Laçın, Füzuli və Zəngilanda ailə mərkəzləri YARADILACAQ

Hazırda oxunan: Laçın, Füzuli və Zəngilanda ailə mərkəzləri YARADILACAQ

124933

İşğaldan azad olunmuş 3 rayonda - Laçın, Füzuli, Zəngilanda bu il icma resurs və ailə mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva "Fərqli Fərdlər" konqresində deyib.

O bildirib ki, bu mərkəzlərdə autizm, daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən uşaqlar müvafiq yardımlar göstəriləcək.

"Həmçinin anadangəlmə qüsurlu uşaqların qarşısının alınması ilə sağlam ailənin təməlinin qoyulması istiqamətində də tədbirlər həyata keçirilir. Bu il ölkədə qohum evliliyi üzrə vəziyyətin öyrənilməsi, eləcə də tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, habelə uşaq nikahlarının aşkarlanması mövzusunda təhlillər hazırlanır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO