20 magistral su kanalı bərpa olunacaq

20 magistral su kanalı bərpa olunacaq

Hazırda oxunan: 20 magistral su kanalı bərpa olunacaq

124832

“Hazırda 20 magistral su kanalının və supaylayıcı şəbəkələrin bərpası nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, burada 9 min kilometr uzunluğunda şəbəkə və kanaldan söhbət gedir.

"Artıq işlərə başlanılıb. Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən çoxu suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır. Əsas səbəblərdən biri sistemin köhnə, 70 faizdən çoxunun torpaq məcra olmasıdır".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO