Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlandı – RƏSMİ - VİDEO

Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlandı – RƏSMİ - VİDEO

Hazırda oxunan: Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlandı – RƏSMİ - VİDEO

124822

Türkiyədə Prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Qeyd edək ki, seçkilərdə üç koalisiyanın mübarizə aparacağı artıq dəqiqləşib. Söhbət Cumhur, Millət, Əmək və Azadlıq İttifaqlarından gedir. 

Hazırki iqtidarı təmsil edən Cumhur İttifaqı AK Partiya və Milliyyətçi Hərəkat Partiyasının koalisiyasıdır. Cumhur İttifaqının seçkilərdə namizədi hazırki prezident Rəcəb Tayyib Ərdoğan olacaq. 
Ana müxalifəti təmsil edən Millət İttifaqı isə “Altılı masa” olaraq da tanınır. Bu ittifaqa Cümhuriyyət Xalq, İYİ, Səadət, Demokrat, Gələcək və DEVA Partiyaları daxildir. “Altılı masa”nın namizədi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur. 

Əksər solçu partiyaları özündə birləşdirən Əmək və Azadlıq İttifaqı isə hələlik seçkilərdə hansı namizədi dəstəkləyəcəyini açıqlamayıb.  

Bundan əlavə, Məmləkət Partiyasının sədri Məhərrəm İncə, Vətən Partiyasının sədri Doğu Perinçek, Gənc Partiya başqanı Cəm Uzan, Yenidən Rəfah Partiyasının sədri Fateh Ərbakan da prezidentliyə namizədliklərini irəli sürəcəklərini elan ediblər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO