61 kiloqram 810 qram narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, martın 9-da saat 22:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Bizim.Media