Qaxda 34 yaşlı kişi dərmandan ZƏHƏRLƏNDİ

Qaxda 34 yaşlı kişi dərmandan ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Qaxda 34 yaşlı kişi dərmandan ZƏHƏRLƏNDİ

124726

Bu gecə Qax rayonun Armudlu kənd sakini müxtəlif dərmanlar qəbul edərək ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media-nın yerli bürosunun rayon mərkəzi xəstəxanasından aldığı məlumata görə, 34 yaşlı Elşən Kərimov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi müayinələrdən sonra bəlli olub ki, o, evdə dərman qəbul edərkən halı pisləşib.

Təcili Tibbi yardımla xəstəxanaya çatdırılan Elşən Kərimova zəhərlənmə diaqnozu qoyulub. Həyata keçirilən tibbi profilktik tədbirlərdən sonra xəstənin vəziyyəti qismən yaxşılaşıb, həyatı üçün təhlükə aradan qalxıb. 
Hazırda onun müalicə və müayinəsi xəstəxanada davam etdirilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO