Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Rusiyanın “Sputnik V” və Böyük Britaniyanın “AstraZeneca” vaksinlərinin kombinasiya edilmiş tətbiqi ilə bağlı kliniki tədqiqatlara başlanılıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə “Sputnik V”nin “Twitter” hesabında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
101 yaşlı İsmayıllı sakini peyvənd edildi
Bildirilib ki, “AstraZeneca” vaksininin ilk dozasından sonra formalaşan immunitet onun ikinci dozasının effektivliyini azaldır (55%) və bu səbəbdən ikinci dozanın tətbiq edilməsi üçün 3 ay gözləməyə ehtiyac yaranır.
Qeyd olunub ki, “Sputnik V” komponentinin “AstraZeneca”dan sonra ikinci doza kimi tətbiq edilməsi ilə 3 ay gözləməyə ehtiyac qalmayacaq.
Bu istiqamətdə artıq kliniki testlərə başlanıldığı vurğulanıb.
Bizim.Media