Bu tələbələrə 200 manat aylıq təqaüd VERİLİR

Bu tələbələrə 200 manat aylıq təqaüd VERİLİR

Hazırda oxunan: Bu tələbələrə 200 manat aylıq təqaüd VERİLİR

124628

“Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində regionlardan olan, həssas təbəqəni təmsil edən, qəbul imtahanında yüksək bal toplayan 25 tələbə qız seçilib və onlara dəstək göstərilir. 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərgiz İsmayılova martın 9-da “Qızların təhsilinə dəstək” layihəsinin canlı yayımda müzakirəsi zaman deyib. 

O qeyd edib ki, lahiyənin daha böyük maştabda həyata keçirilməsi və layihəyə cəlb edilən qızların sayının artrılması nəzərdə tutulur: “Planımız böyükdür. Növbəti tədris ilində iştirakçıların sayının artırılması planlaşdırılır”. 
N.İsmayılova qeyd edib ki, layihə çərçivəsində hər bir tələbə qıza 200 manat məbləğində aylıq təqüd verilir və onların təhsil aldığı müddətdə bu təqaüd davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO